Page 284 - Azerbaycan'dan Masallar
P. 284
AZERBAYCAN MASALINA ORİJİNAL BİR ÖRNEK
GÜLPƏRİ'NİN NAĞILI
*
Biri var idi, biri yox idi, Allahdan savayı heç kim yox idi. Allah
bəylərə, xanlara çoxlu var-dövlət, kasiblara da o qədər dərd vermişdi
ki, varlıların dövləti qədər. Bu kasıbların içində də bir qarı var idi. Bu
qarının vaxtiylə yeddi oğulu, bir qızı varmış. Günlərin bir günü bu qarı
olan şəhərdə uşaq oğurluğu başlayır. Hamının körpəsini gecə yatmadan
oğurlayırlarmış. Padşah bu işi belə görəndə öz məmləkətində olan
cavanların hamısına car çəkdirib bildirir ki, çalışın oğrunu tapasınız.
Hər kim ki, oğrunu tutsa, ona istədiyi kəndi bağışlayacam. Bu qarının
oğlanlariylə bu şəhərin darğası düşmən idi. Odur ki, darğa padşahın
yanına gedib deyir ki, padşah sağ olsun, Fatma qarı- nın yeddi dənə
nor kimi oğlanları var. Gəl son onları göndər oğruları tutmağa. Mən
bilirəm ki, şəhərdə bircə onlar oğrunu tuta bilərlər. Padşah bu sözü
bəyənir, Fatma qarının böyük oğlu Məhəmmədi yanına çağırıb deyir.
Məhəmməd, sənə yeddi gün vaxt verirəm. Gərək oğrunu tapasan.
Məhəmməd çar-naçar qalıb razı olur. Həmin gecə padşahın yeddi
yaşlı oğlu ilə Məhəmməd yoxa çıxır. Şəhərdə iyi yerdə yas qurulur,
bir padşahın evində, bir do Fatma qarının evində. Bu zaman padşah
əmr edir ki, kim mənim oğlumun ölüsünü, ya dirisini mənə versə, özü
ağırlığında ona qızıl verəcəyəm. Heç kəs qorxusundan buna razı olmur.
Çünki hər kəsi oğrunu tutmağa göndərirdilərsə həmin adamın özünü də
oğurlayırdılar. Darğa bu sözü eşidib, yenə gəldi padşahın hüzuruna, ona
baş əyəndən sonra dedi:
‒ Padşah sağ olsun, bu işin öhdəsindən Fatma qarının oğlanlarından
başqa heç kəs gələ bilməz.
Padşah Fatma qarının oğlanlarını hüzuruna çağırıb əmr edir ki, yeddi
günün içində oğrunu tapmasanız, boynunuzu vurduracağam. Oğlanlar
razı olmaq istəmirlər. Ancaq padşah onlara əmr edir ki, ya tapmalı, ya
da başınızdan keçməlisiniz.
* Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, Azərbaycan Folkloru Külliyyatı, III.
Cild, Nağıllar (III. kitabı), “Səda” Nəşriyyatı, s.347-356, Bakı-2006.
• 283

