Page 287 - Azerbaycan'dan Masallar
P. 287
‒ Gülpəri bu fikirlə oğlanların oyanmasını gözləyirdi ki, birdən
meşənin six yerindən bir dəstə adam gəldiyini gördü. Gülpəri özünü
göstərməməkdən ötrü gizləndi, bu məsələni öyrənməyə çalışdı. Həmin
dəstə yaxınlaşıb oğlanların yanına, aşağı endilər. Bu zaman biri o birisinə
dedi ki, istədiyimizi Allah özü bizə rast gətirdi. Bu yatanlar padşahın,
vəzirin, vəkilin oğludur. İndi bunları oğurlayandan sonra padşahın
ocağını kor qoyacaq, quldurbaşının əhdini yerinə yetirəcəyik. Onlar öz
yapıncılarının altından kəndir çıxarıb oğlanların üstünə cumdu, onların
hər üçünün əl-qolunu bağlayıb yapıncıya büküb apardılar. Gülpəri tez
barmağını dişləyib bildi ki, şəhərdən adam oğurlayanlar elə deyəsən
bunlardır. Gülpəri tez gizləndiyi yerdən çıxıb onların dalına düşdü. Pusa-
pusa gedirdi ki, yolda bir xəncər tapdı. Xəncəri götürüb baxanda gördü
ki, bu şahanə xəncərdir. O saat bildi ki, bu Məlik Cümşüdün xəncəridir.
Gülpəri xəncəri götürüb qoltuğunda gizlətdi, quldurların dalınca
getdi. Quldurlar getməkdə olsun, Gülpəri də onları pus- maqda, sizə
kimdən deyim qoşundan. Qoşun başçısı gördü ki, şər qarışmaq üzrədir.
Tez qayıtmaq lazımdır. Odur ki, onlar Məlik Cümşüdü axtarmağa
başladılar. O qədər axtarddar ki, gün batdı, ay çıxdı. Hər yeri qarış-qarış
gəzdilər, oğlanlardan bir xəbər-əsər tapmadılar. Kor-peşman qayıtdılar
saraya, onlar düşündülər ki, bəlkə onlar bizsiz qayıdıblar. Qoşun başçısı
sa- rayın qapıçısından soruşdu ki, sən Məlik Cümşüdü görmüsənmi,
onlar saraya qayıdıbmı, dedilər, yox. Odur ki, qoşun başçısı üzünü qırx
pəhlivana tutub dedi:
‒ Görünür padşahın oğlunu, yoldaşlarını qurd-quş yeyib, yadakı
azıblar. Odur ki, mən saraya getmirəm. Kim də getsə, bilirəm ki, padşah
boynunu vurduracaq. Buna görə mən baş götürüb gedirəm. Ya padşahın
oğlunu tapıb gətirəcəm, yada ki, bir də bu torpağa qayıtmayacağam. qırx
pəhlivan da öz başçdarından təvəqqe etdi ki, onları da özü ilə aparsın.
Qoşun başçısı buna razı oldu, qırx pəhlivan da üz tutdular meşəyə tərəf.
Padşah o qədər gözlədi ki, qaş qaraldı, camaatın gedəni gəldi,
ayaq kəsildi, çıraqlar söndü, amma gedənlər qayıtmadı. Padşah, vəzir,
vəkil bilmirdilər ki, narahatlıqdan neyləsinlər! Padşah saray qapıçısını
yanına çağırıb əmr etdi ki, səhərə qədər darvazanı bağlama, çünki
oğlum hələ ovdan qayıtmayıb. Bu zaman qapıçı qırx pəhlivanın,
başçısının elədikləri söhbəti padşaha danışdı. Padşah vəziyyəti bütün
saray əyanlarına danışıb, kömək, məsləhət istədi. Saray əyyanları
padşaha dedilər ki, səbr eləsin, hər şey səbrlə başa gəlir. O gecə nə
padşah, nə arvadı, nə vəzir, nə vəkil nə də onların ailələri yata bildilər.
286 • AZERBAYCAN’DAN MASALLAR

